Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adəm Kadırovun olduğu kortej Qroznıda qəzaya uğrayıb.
Modern.az xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb.
Bildirilib ki, hadisə nəticəsində yaralanan Adəm Kadırov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, o, hazırda reanimasiyadadır və Moskva şəhərinə təxliyə üçün hazırlanır.
Qəzada bir nəfərin öldüyü də vurğulanıb.