Modern.az

Kadırovun qəzaya düşən oğlu təyyarə ilə Moskvaya aparıldı

Kadırovun qəzaya düşən oğlu təyyarə ilə Moskvaya aparıldı

Dünya

17 Yanvar 2026, 11:19

Çeçenistan rəhbəri Ramzan Kadırovun dünən qəzaya düşən oğlu Adam Kadırov tibbi təyyarə ilə Moskvaya aparılıb.

Modern.az xəbər verir ki, bu barədə Rusiya teleqram kanallarında məlumat yayılıb. 

Bildirilib ki, sözügedən təyyarə gecə saatlarında Moskvanın Vnukovo aeroportunda yerə enib. 

Onun ardınca Ramzan Kadırovun da təyyarəsinin hava limanında eniş etdiyi qeyd olunub. 

Xatırladaq ki, 18 yaşlı Adam Kadırovun korteji Qroznıda qəzaya uğrayıb. Hadisə nəticəsində yaralanan Adam ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır