Modern.az

Çində 1 milyon məmur cəzalandırılıb

Çində 1 milyon məmur cəzalandırılıb

Dünya

17 Yanvar 2026, 16:29

Çin hakimiyyətinin korrupsiyaya görə nə qədər məmuru cəzalandırdığı məlum olub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən il Çin genişmiqyaslı antikorrupsiya təmizləmələri həyata keçirib və bu müddət ərzində 69 yüksək rütbəli dövlət qulluqçusu cəzalandırılıb.

Onların arasında nazirlər də var.

Milli antikorrupsiya idarəsinin məlumatına görə, 2025-ci ildə korrupsiya ilə bağlı bir milyondan çox iş araşdırılıb. Bu araşdırmaların nəticələrinə əsasən, 983 min nəfər müxtəlif cəzalara məruz qalıb.

Çin xəbər agentliklərinin yaydığı məlumata görə cinayətkarlar üçün "gizlənməyə yer qalmayıb".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır