Modern.az

Suriya ordusu daha bir şəhəri nəzarətə aldı

Suriya ordusu daha bir şəhəri nəzarətə aldı

Dünya

17 Yanvar 2026, 15:37

Suriya ordusu Hələbin şərqində yerləşən Deyr Hafir şəhərini “Suriya Demokratik Qüvvələri”ndən (SDQ) təmizləyib.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, SDQ razılaşmanı pozub və Məskənə şəhəri yaxınlığında Suriya ordusuna məxsus patrula hücum edib və iki əsgəri öldürüb, bir neçə əsgəri isə yaralayıb.

Suriya televiziyası bildirib ki, ordu Rəqqa vilayətinə daxil olub və Dəbsı Afnan qəsəbəsinə nəzarəti ələ keçirib.

Qeyd edək ki, Suriya ordusu qeyri-qanuni silahlı birləşmə olan Suriya Demokratik Qüvvələrinə (SDQ) qarşı əməliyyatlarını genişləndirib. Əməliyyatlar SDQ-nin silahlarını təhvil vermələri və vahid Suriya ordusuna inteqrasiyası üzrə keçirilən danışıqların nəticəsiz yekunlaşmasından sonra başlayıb.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır