Modern.az

Paşinyan Zəngəzur dəhlizi təcrübəsindən belə istifadə etmək istəyir

Paşinyan Zəngəzur dəhlizi təcrübəsindən belə istifadə etmək istəyir

Dünya

17 Yanvar 2026, 20:52

“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə əldə olunacaq sərhəd və gömrük nəzarəti texnologiyalarının Ermənistanın digər keçid məntəqələri ilə yanaşı, İrəvanın Zvartnots Beynəlxalq Hava Limanında da tətbiqi planlaşdırılır.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Yüksək Texnologiyalar İttifaqının təşəbbüsü ilə keçirilən qeyri-rəsmi görüşdə bildirib.

Paşinyanın sözlərinə görə, TRIPP layihəsi (Zəngəzur dəhlizi) çərçivəsində sərhəd və gömrük nəzarəti sahəsində müasir texnoloji həllər tətbiq olunacaq və bu sistemlərin gələcəkdə Ermənistanın digər sərhəd-keçid məntəqələrində də istifadəsi nəzərdə tutulur.

Baş nazir vurğulayıb ki, sözügedən texnoloji yeniliklər ölkənin nəqliyyat və təhlükəsizlik infrastrukturunun modernləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Nikol Paşinyan yeni biometrik pasport sisteminin tətbiqinin vacibliyini də qeyd edib. Onun sözlərinə görə, bu sistem üzərində hazırda Fransanın Idemia konsorsiumu çalışır və layihə çərçivəsində əldə olunacaq texnologiyalarla uzlaşdırılacaq. Ermənistan hökuməti biometrik həllərin sərnişin axınının idarə olunması, təhlükəsizlik səviyyəsinin artırılması və prosedurların sürətləndirilməsi baxımından mühüm rol oynayacağını hesab edir.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır