Modern.az

Aİ səfirləri bu gün təcili TOPLANIR

Aİ səfirləri bu gün təcili TOPLANIR

Dünya

18 Yanvar 2026, 09:45

Avropa İttifaqı ölkələrinin səfirləri yanvarın 18-də Brüsseldə ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı vəziyyətə görə səkkiz Avropa ölkəsindən idxal olunan mallara rüsum tətbiqi barədə açıqlamasına dair fövqəladə iclas keçirəcəklər.

 

Modern.az "Reuters"ə istinadən xəbər verir ki, bu cür görüşlərdə səfirlər, adətən, sonrakı Aİ Şurasının nazirlər səviyyəsində keçirilən iclaslarında müzakirə olunacaq praktiki tədbirləri hazırlayırlar.

 

Bundan əvvəl Böyük Britaniya və Fransa da daxil olmaqla, bir sıra Avropa ölkələrinin liderləri yeni tariflərin yolverilməz olduğunu bəyan ediblər.

 

Tramp şənbə günü bildirib ki, cari ilin 1 fevralından ABŞ Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Niderland və Finlandiyaya qarşı rüsumları 10 %-ə, 1 iyundan isə 25 %-ə qaldıracaq.

 

"Bu rüsumlar Qrenlandiyanın tam və yekun alınması barədə razılıq əldə olunana qədər tətbiq ediləcək", – deyə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır