Donald Tramp Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevi Qəzza Sülh Şurasına qoşulmağa dəvət etdiyini bildirib.
Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin sözçüsü Ruslan Jeldibay Tengrinews-ə verdiyi açıqlamada deyib.
Sözçü qeyd edib ki, Qazaxıstan prezidenti dəvət olunan ilk üzvlərdən biri idi və Qazaxıstan təsisçi üzvlərə qoşulmağa dəvət olunub.
"Cavab olaraq, dövlət başçısı ABŞ prezidentinə səmimi minnətdarlığını bildirən və bu yeni təşkilata qoşulmağa razılığını təsdiqləyən məktub göndərib. Prezident Qazaxıstanın Yaxın Şərqdə davamlı sülhə nail olmaq, dövlətlərarası etimadın və qlobal sabitliyin gücləndirilməsinə töhfə vermək öhdəliyini bir daha təsdiqləyib", - Jeldibay əlavə edib.
Qeyd edək ki, "Sülh Şurası"nın əsas missiyası 2025-ci ilin oktyabrından bəri atəşkəsin hökm sürdüyü Qəzza sektrounun müvəqqəti idarəçiliyinə nəzarət etməkdir.