Kürd silahlı birləşmələrinin koalisiyası olan Suriya Demokratik Qüvvələri (SDQ) buraxılmayacaq.
Modern.az xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə"yə təşkilatın komandiri Mazlum Abdi bildirib.
O deyib ki, "an tökülməsinin qarşısını almaq üçün Suriya hökumətilə razılaşmanın şərtlərini qəbul ediblər.
Lakin Mazlum Abdinin sözlərinə görə, SDQ dağılmayıb, məğlub olmayıb və "ərazisini müdafiə etməyə davam edəcək".
O, yanvarın 19-da razılaşmanı yekunlaşdırmaq üçün Dəməşqə gedəcəyini və təfərrüatlarının qayıtdıqdan sonra açıqlanacağını izah edib.
Qeyd edək ki, Suriya Demokratik Qüvvələri PKK terror təkilatının uzantılarından biridir.
Hökumətin son günlər apardığı əməliyyatlar nəticəsində Suriyanın şimal-şərqində yerləşən Deyr-əz-Zor və Rakka vilayətləri tam şəkildə rəsmi rəsmi Dəməşqin nəzarətinə keçir.
Bu, Suriya ordusu ilə kürd koalisiyası - Suriya Demokratik Qüvvələri (SDQ) arasında əldə olunmuş atəşkəs razılaşması əsasında mümkün olub. Saziş ölkə prezidenti Əhməd əş-Şaraa tərəfindən imzalanıb.
Razılaşmanın mətninə əsasən, SDQ-nin Fərat çayının şərqində yerləşən ərazilərdən bütün hərbi birləşmələri çıxarılacaq.
Əş-Şaraa vurğulayıb ki, Suriya dövləti vahiddir və SDQ ilə bağlı bütün həllini tapmamış məsələlər nizamlanacaq.