Türkiyə tərəfi Alican keçid məntəqəsini, Ermənistan tərəfi isə Marqara keçid məntəqəsini yenidən açır.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan 19 yanvarda jurnalistlərlə söhbətində bildirib.
"Gələcək hadisələrlə bağlı hələlik susmağa icazə verin. Vaxtı çatanda hər şeyi açıqlayacağam. 2022-ci ildən bəri sərhədin üçüncü ölkələr və diplomatik pasport sahibləri üçün açıq olması barədə razılıq var", - deyə Rubinyan bildirib.
Türkiyə prezidenti Ərdoğanın bu ilin əvvəlində Ermənistanla münasibətlərə yönəlik simvolik addımlar atılacağı barədə açıqlamasına gəldikdə isə Rubinyan deyib: "Bu barədə çox danışmaq istəmirəm, gizlədəcəyim bir şey olduğuna və ya sizə məlumat vermək istəmədiyimə görə deyil. Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesindəki təcrübəm göstərir ki, bir şeyin baş verməsini gözləmək və sonra hər şeyi elan etmək daha yaxşıdır. Mən bu cür proseslərə heç bir şəkildə zərər vermək istəmirəm.
Bizim mövqeyimiz həmişə belə olub: sabah sərhədlərin tam açılmasını və diplomatik münasibətlərin qurulmasını istəyirik və bu baxımdan mövqeyimiz dəyişməyib”.