Modern.az

Samvel Karapetyanın partiyası qeydiyyatdan keçdi

Samvel Karapetyanın partiyası qeydiyyatdan keçdi

Dünya

19 Yanvar 2026, 15:48

Ev dustaqlığında olan erməni oliqarx Samvel Karapetyanın tərəfdarları "Güclü Ermənistan" adlı partiyanı qeydiyyatdan keçriblər.

Modern.az xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Marianna Kaqramanyan “Sputnik Ermənistan”a bildirib. O, partiyanın yaradılması ilə bağlı təşkilati işlərin son mərhələdə olduğunu deyib. Siyasi qüvvə tezliklə konkret gündəliyi və ölkənin inkişafı üçün vizyonunu təqdim edəcək.

Təşkilatın koordinatoru Narek Karapetyansabah mətbuat konfransı keçirəcək.

Samvel Karapetyanın özü bir gün əvvəl məhkəməyəqədər həbsdən ev dustaqlığına qaytarılıb.

İş adamı Samvel Karapetyan 2025-ci ilin iyun ayında ruhanilər və hakimiyyət arasında münaqişə fonunda Erməni Apostol Kilsəsini açıq şəkildə dəstəklədikdən sonra həbs edilib. Dövlət çevrilişinə cəhd ittihamlarını rədd edən Karapetyan hökumətin hərəkətlərini siyasi təzyiq adlandırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır