Ermənistanın keçmiş polis rəisi Valeri Osipyan və həyat yoldaşı Baş Prokurorluğa çağırılıb.
Modern.az xəbər verir ki, Valeri Osipyan və həyat yoldaşı Lusine Tadevosyan qanunsuz əldə edilmiş əmlakın müsadirə edilməsi ilə bağlı işlərə baxmaq üçün Baş Prokurorluğa çağırılıblar.
Baş Prokurorluğun bildirişinə əsasən, Osipyan və Tadevosyanın əmlakına yoxlama aparılıb və xülasə hesabatı verilib.
"Qanunsuz əldə edilmiş əmlakın müsadirə edilməsi haqqında" qanuna əsasən, onlar bildirişi aldıqdan sonra bir ay ərzində iş materiallarını nəzərdən keçirmək, mövqelərini bildirmək və bəyannamə təqdim etmək üçün Baş Prokurorluğun müvafiq şöbəsinə gəlmək hüququna malikdirlər", açıqlamada deyilir.