Modern.az

Spiker onları "nəcis" adlandırıb

Spiker onları "nəcis" adlandırıb

Dünya

19 Yanvar 2026, 16:38

Ermənistan parlamentinin spikeri Alen Simonyan rusiyalı ideoloq Aleksey Duqin və jurnalist Vladimir Solovyovu "çubuq üzərində nəcis" adlandırıb.

Modern.az xəbər verir ki, spiker bu barədə jurnalistin həmin şəxslərin Ermənistanla bağlı sərt açıqlamalarına münasibət bildirərkən deyib.

"Baxın, nə fərqi var. Rus dilində çox yaxşı ifadə var, amma onu efirdə demək istəmirəm. Hər ikisi çubuq üzərində....Onların bir-birindən fərqi yoxdur".

Simonyan lazım olarsa, qarşıdan keçiriləcək görüşdə Federasiya Şurasının sədri Valentina Matvienko ilə görüşdə ölkəsinin mövqeyini çatdıracağını deyib.

Xatırladaq ki, ideoloq Aleksandr Duqin və teleaparıcı Vladimir Solovyov Ermənistanın Rusiyanın tərkibində olması və burada xüsusi hərbi əməliyyat keçirməyin önəmi barədə açıqlamalar veriblər. 

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır