ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton digər ölkələrə məlum olmayan silah sistemlərinə sahibdir.
Modern.az-ın məlumatına görə, Tramp bu barədə "NewsNation" telekanalına müsahibəsində danışıb
O, Venesuelada həyata keçirilmiş hərbi əməliyyat zamanı guya səs silahından istifadə edilməsi ilə bağlı jurnalistin sualını şərh edərkən belə deyib:
“Bizim elə silahlarımız var ki, onlar haqqında heç kim bilmir. Yəqin ki, bunu açıqlamamaq daha yaxşı olardı, amma bizim çox heyrətamiz silahlarımız var”, – deyə Tramp qeyd edib.
ABŞ administrasiyasının rəhbəri sözügedən silahlarla bağlı hər hansı detal açıqlamayıb.