Modern.az

Lerikdə 60 kənd hələ də işıqsızdır

Lerikdə 60 kənd hələ də işıqsızdır

Aktual

21 Yanvar 2026, 10:26

3 gün ərzində Lerikə yağan intensiv qar bu gün səngiyib.

Lerik Rayon İcra Hakimiyyəti Başçısının müavini Habil Məlikov Modern.az-a açıqlamasında bildirib ki, qalan kəndlərin elektrik enerjisi ilə təmin olunması bu gün ərzində başa çatdırılcaq:

“Magistral yollarımız təmizdir. Kənd yollarında çətinliklər hələ davam edir. Məktəblər qaydalara uyğun şəkildə işləyir. Təcili Tibbi Yardım Xidmətinə müraciət daxil olmayıb”

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?