Yaponiyanın Nara şəhər məhkəməsi 45 yaşlı Tetsuya Yamaqamini ömürlük həbs cəzasına məhkum edib.
Modern.az xəbər verir ki, 2022-ci ilin iyul ayında Yaponiyanın keçmiş Baş naziri Şinzo Abeni qətlə yetirməkdə ittiham olunurdu.
Prokurorlar da qətldə günahını etiraf edən Yamaqami üçün ömürlük həbs cəzası istəmişdilər. Onlar Abenin sui-qəsdini ölkənin müharibədən sonrakı tarixində "görünməmiş cinayət" adlandırıblar.