Modern.az

Ukrayna 100 il sonra da Aİ üzvü olmayacaq - Orban

Ukrayna 100 il sonra da Aİ üzvü olmayacaq - Orban

Dünya

23 Yanvar 2026, 13:58

Macarıstan Baş naziri Viktor Orban bildirib ki, Ukraynanın Avropa İttifaqına (Aİ) üzv olmasına icazə verməyəcək.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Orban Ukraynanın növbəti 100 ildə Avropa İttifaqına üzv olmasına imkan verməyəcək.

“100 il ərzində Macarıstanda Ukraynanın Avropa İttifaqına üzv olması üçün səs verəcək parlament olmayacaq”, — hökumət başçısı vurğulayıb.

Əvvəllər Orban Ukraynanın bütün tələblərini yerinə yetirməyə hazır olan Aİ-ni tənqid etmişdi.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır