Modern.az

ABŞ Rusiyanın nə qədər vəsaitinə əl qoyub? - AÇIQLANDI

ABŞ Rusiyanın nə qədər vəsaitinə əl qoyub? - AÇIQLANDI

Dünya

23 Yanvar 2026, 14:03

ABŞ administrasiyası Rusiyanın 5 milyard dollaradək aktivini dondurub.

Modern.az xəbər verir ki, bu rəqəmi Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

"ABŞ-da dondurulmuş vəsaitlərə gəldikdə, dəqiq məbləği açıqlamayacağam, amma deyəcəyəm ki, bu, 5 milyard dollardan bir qədər azdır", - deyə Peskov brifinqdə bildirib.

Vladimir Putinin ABŞ nümayəndələri Stiv Uitkof və Cared Kuşnerlə görüşünün mövzularından biri ABŞ-da dondurulmuş Rusiya aktivlərinin istifadəsi olub. Prezidentin köməkçisi Yuri Uşakovun sözlərinə görə, ölkə Qəzza Sülh Şurasına 1 milyard dollar ianə etməyə hazırdır, qalan hissəsi isə Ukraynadakı münaqişə zamanı zərər çəkmiş ərazilərin bərpasına ayrılacaq. Söhbət Rusiyanın işğal etdiyi Ukrayna ərazilərindən gedir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır