Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Səudiyyə Ərəbistana səfər edəcək.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu səfər çərçivəsində müxtəlif hərbi və iqtisadi anlaşmaların imzalanacağı gözlənilir.
Siyasi ekspertlər deyirlər ki, Ərdoğanın Səudiyyə Ərəbistanına planlaşdırılan səfəri regional diplomatiyada artan gərginlik fonunda diqqət çəkir.
Qeyd edək ki, son vaxtlar Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dərinləşən fikir ayrılıqlarını müşahidə olunur. Uzun müddət eyni regional düşərgədə yer alan iki Körfəz ölkəsi indi bir sıra münaqişə zonalarında fərqli strategiyalarla hərəkət edirlər.
Ərdoğanın gözlənilən səfəri Türkiyə-Səudiyyə Ərəbistanı arasındakı ortaq maraqlar üzərində qurulan yeni koordinasiya imkanlarını gündəmə gətirib.