İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqai Qərb mediasının İslam Respublikasındakı etirazlar zamanı 30.000 insanın öldüyü barədə xəbərlərini təkzib edib.
Modern.az xəbər verir ki, o bu açıqlamanı X sosial media platformasında yazb.
İsmail Baqai yayılan xəbəri Hitler üslubunda yalan adlandırıb
Bir gün əvvəl Amerikanın "Time" jurnalı İran Səhiyyə Nazirliyinin yüksək vəzifəli rəsmilərinə istinadən 8 və 9 yanvar tarixlərində baş verən kütləvi etirazlarda ölənlərin sayının 30.000-ə çata biləcəyini iddia edib.
23 yanvarda İran xarici işlər naziri Abbas Araqçi bildirib ki, İslam Respublikasındakı iğtişaşlar nəticəsində 3000-dən çox insan həlak olub.