Modern.az

1 milyon insan işıqsız qaldı - 11 nəfər öldü

1 milyon insan işıqsız qaldı - 11 nəfər öldü

Dünya

26 Yanvar 2026, 10:38

ABŞ-də qar fırtınası səbəbindən bir milyondan çox sakin işıqsız qalıb, 11 nəfər ölüb.

Modern.az xəbər verir ki, elektrik kəsintiləri əsasən ölkənin cənub ştatlarına təsir edib. Məlumata görə, Tennessi ştatında 330 mindən çox, Missisipi ştatında 160 mindən çox, Luizianada 135 mindən çox və Texasda 90 mindən çox müştəri elektriksiz qalıb.

Kolorado, İllinoys, İndiana, Missuri, Nyu-Cersi, Nyu-York və Pensilvaniyada güclü qar yağışı baş verib. Qar və buz səbəbindən ölkə daxilində aviaşirkətlər 11 mindən çox reysi ləğv ediblər.

Fırtına nəticəsində on bir nəfər ölüb. Tennessi, Kanzas, Nyu-York, Texas, Luiziana və Miçiqan ştatlarının hakimiyyət orqanları hava şəraiti ilə bağlı ölüm hallarının olduğunu bildiriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır