Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Çjan Yusya ABŞ-a casusluq etməkdə ittiham olunur.
Modern.az Qərb mediasına istinadən xəbər verir ki, eyni zamanda Mərkəzi Hərbi Komissiyasının sədr müavini olan Çjan Yusya Si Cinpindən sonra nüfuzuna görə ölkədə ikinci şəxs sayılırdı.
Onun ABŞ kəşfiyyatına Pekinin raket və nüvə proqramları haqqında məxfi məlumatları ötürdüyü bildirilir.
Xatırladaq ki, Çin Mərkəzi Hərbi Komissiyasının sədr müavini (Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü) Çjan Yusya və Mərkəzi Hərbi Komissiyanın Birləşmiş Qərargahının rəisi Lyu Çjenli korrupsiyada şübhəli bilinərək həbs olunmuşdular.