Modern.az

İran internetə qoyulan məhdudiyyətləri aradan qaldırır

İran internetə qoyulan məhdudiyyətləri aradan qaldırır

Dünya

26 Yanvar 2026, 13:04

İran yanvar ayının əvvəlindən qüvvədə olan ölkədə beynəlxalq internetə girişə qoyulan məhdudiyyətləri aradan qaldırır.

Modern.az xəbər verir ki, bu barədə TASS diplomatik mənbəyə istinadən məlumat yayıb.

"Hazırda bütün sektorlarda milli internet platformasında olan məhdudiyyətlər aradan qaldırılıb, həmçinin artıq yanvarın 19-dan başlayaraq beynəlxalq internet məhdudiyyətləri də tədricən götürülür.

İranın Prezidenti Məsud Pezeşkian müvafiq orqanlara ünvanladığı məktubda internet bazarını canlandırmaq və cəmiyyətin beynəlxalq internetə çıxışını təmin etmək üçün bütün məhdudiyyətlərin aradan qaldırılmasını tələb edib. Bu proses hazırda həyata keçirilmə mərhələsindədir", - agentliyin həmsöhbəti bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır