Modern.az

Bu şəhərdə dilənçilik qadağan edildi

Bu şəhərdə dilənçilik qadağan edildi

Dünya

26 Yanvar 2026, 22:03

Türkiyədə Şanlıurfa valiliyi ictimai asayişin, təhlükəsizliyin və rifahın qorunması məqsədilə vilayət ərazisində dilənçilik və qanunsuz müştəri cəlbetmə fəaliyyətlərinin qadağan edildiyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu məlumatı "Haber Global" yayıb.

 

Bildirilib ki, Şanlıurfa valiliyi tərəfindən dərc edilən ümumi əmr çərçivəsində küçə, prospekt, meydan, park və bağçalar, avtomobil dayanacaqları, tarixi və mədəni ərazilər, ibadət yerləri, bankomatlar, körpü altları, işıqforlar və yolayrıcıları başda olmaqla, ictimai açıq ərazilərdə dilənmək qadağan olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır