Modern.az

Putin sabah Suriya lideri ilə görüşəcək 

Putin sabah Suriya lideri ilə görüşəcək 

Dünya

27 Yanvar 2026, 18:51

Rusiya və Suriya prezidentləri sabah Moskvada görüşəcək.

 

Modern.az xəbər verir ki, Kreml Suriya Prezidentinin Rusiyaya səfər edəcəyini təsdiqləyib.

 

Məlumata görə, sabah Rusiya Prezidenti Vladimir Putin Moskvada işgüzar səfərdə olacaq Suriya Prezidenti Əhməd əl-Şaraa ilə danışıqlar aparacaq.

 

Qeyd olunub ki, Putin-əl-Şaraa görüşündə ikitərəfli əlaqələr, eləcə də Yaxın Şərqdəki vəziyyət müzakirə olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır