Gürcüstan Prezidenti Mixeil Kavelaşvili müqəddəs "Ninoy Günü" münasibətilə 59 nəfəri əfv edib.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Prezident Administrasiyası məlumat yayıb.
Bildirilir ki, əfv aktı 57 məhkuma təsir edib və iki nəfərin məhkumluğu ləğv edilib.
Məlumatda deyilir ki, Gürcüstan Prezidentinin Konstitusiya ilə ona verilən müstəsna səlahiyyətlərdən istifadəsi humanizm prinsipinə, eləcə də dövlət maraqlarına əsaslanır.
Qeyd edək ki, bu son 10 gündə Gürcüstan Prezidentinin imzaladığı ikinci əfv fərmanıdır.
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Epifaniya bayramı münasibətilə yanvarın 19-da 159 məhkumu əfv edib.