Modern.az

Paris meriyası Azərbaycana qarşı təxribata hazırlaşır

Paris meriyası Azərbaycana qarşı təxribata hazırlaşır

Dünya

28 Yanvar 2026, 00:23

Paris şəhər meriyası Azərbaycana qarşı növbəti təxribat xarakterli addıma hazırlaşır.

Modern.az xəbər verir ki, yaxın günlərdə Fransanın paytaxtı Parisdə Bakıda həbsdə olan və hərbi cinayətlərdə ittiham olunan erməniəsilli şəxslərin fotolarının ictimai məkanda nümayiş etdirilməsi planlaşdırılır.

Məlumatı Paris şəhər merinin müavini Arnaud Nqaça açıqlayıb. O bildirib ki, sözügedən fotolar Paris Şəhər Meriyası binasının qarşısında yerləşdiriləcək.

Paris meriyasının təxribatçı addımı Fransanın Azərbaycanla münasibətləri bərpa etmək cəhdləri ilə üst-üstə düşmür və qurumun birtərəfli mövqe sərgiləməsi Bakıda narazılıq doğurur.

Həmçinin Paris meriyasının planlaşdırdığı bu aksiya yerli özünüidarəetmə orqanının səlahiyyətlərini aşaraq beynəlxalq siyasi müstəviyə çıxması kimi dəyərləndirilə bilər və bu, Fransa daxilində də mübahisələrə səbəb ola bilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır