Modern.az

Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamladı

Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamladı

Dünya

28 Yanvar 2026, 08:36

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb.

Modern.az xəbər verir ki, bu barədə təşkilatın “X” sosial şəbəkə hesabında paylaşılan açıqlamada bildirilib.

“Sülh Şurası Azərbaycanı böyüyən beynəlxalq təşkilatımızın təsisçi üzvü kimi salamlayır”, – deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, yanvarın 22-də Davosda “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev də həmin tədbirdə iştirak edib.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır