Modern.az

Vəzifəli şəxs təyyarə qəzasında ÖLDÜ

Vəzifəli şəxs təyyarə qəzasında ÖLDÜ

Dünya

28 Yanvar 2026, 09:20

Hindistanın Maharaştra ştatında çarter uçuşu həyata keçirən təyyarənin qəzaya uğraması nəticəsində ştatın hökumət başçısının müavini Acit Pavar da daxil olmaqla təyyarədəki 5 nəfərin hamısı ölüb.

Modern.az Hindistan mediasına istinadla xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 9 radələrində Puna bölgəsinin Baramati şəhərindəki hava limanında baş verib. Mumbay şəhərindən gələn “Learjet 45” təyyarəsi hava limanına fövqəladə eniş etməyə çalışıb. Lakin yerə çırpılan təyyarə yanıb. Qəzada digər ölənlər pilot və təhlükəsizlik xidmətinin əməkdaşlarıdır.

İlkin ehtimala görə, qəzaya texniki problem səbəb olub.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır