Modern.az

Paşinyan KTMT-nı tənqid edib - bizə silah satmırdılar

Paşinyan KTMT-nı tənqid edib - bizə silah satmırdılar

Dünya

28 Yanvar 2026, 10:52

Ermənistan Baş nazir Nikol Paşinyan Ordu Günü münasibətilə etdiyi çıxışında bir daha Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tənqid edib.

Modern.az xəbər verir ki, Baş nazirin sözlərinə görə, 2022-ci ilə qədər beynəlxalq tərəfdaşlar silahların "Ermənistandan kənara" (Dağlıq Qarabağa) göndəriləcəyi və "KTMT-nin əlinə keçəcəyi"ndən narahat olduqları üçün Ermənistana silah satmaqdan imtina edirdilər. Lakin indi bu maneə yoxdur.

Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan arasında sərhəd demarkasiyası komissiyalarının birgə işi çərçivəsində fəaliyyət planı var və bütün məsələlər demarkasiya prosesi zamanı həll olunacaq.

Silahlı Qüvvələrin inkişafı kontekstində Paşinyan hərbçilərin maaşlarının təxminən ikiqat artırılmasına və xidmət müddətinin azaldılmasına imkan verən könüllü sertifikatlaşdırma proqramından bəhs edib. Paşinyan əmindir ki, İrəvanın müharibəyə hazırlaşdığı anlamına gəlmir:

"Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh bərqərar olub və təhlükəsizliyin daha etibarlı təminatı yoxdur".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır