Modern.az

Türkiyə Ermənistanla razılığa gəlib

Türkiyə Ermənistanla razılığa gəlib

Dünya

28 Yanvar 2026, 21:26

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yaxın günlərdə və ya həftələrdə Türkiyə ilə sərhədin qismən açılmasını gözlədiyini bəyan edib.

 

Modern.az xəbər verir ki, bunu Ararat Mirzoyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında deyib.

 

Onun sözlərinə görə, tərəflər artıq Gümrü-Qars dəmir yolunun bərpası barədə razılığa gəliblər.

 

"Mən ümid edirəm ki, yaxın günlərdə və həftələrdə sərhədin ən azı qismən açılmasını, daha sonra isə zamanla tam açılmasını görəcəyik. Əminəm ki, bu, həm Ermənistan, həm də Türkiyə xalqı üçün faydalı olacaq", - deyə nazir vurğulayıb.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır