Modern.az

Marneulidə faciə - iki azərbaycanlı həlak oldu

Marneulidə faciə - iki azərbaycanlı həlak oldu

Dünya

28 Yanvar 2026, 22:50

Gürcüstanda Marneuli bələdiyyəsinin Baydar kəndi yaxınlığında ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az InterPress.ge-yə istinadən xəbər verir ki, avtomobilin ağaca çırpılması nəticəsində iki nəfər həyatını itirib, daha iki nəfər isə ağır yaralanıb.

 

Qəza nəticəsində azərbaycanlılar - Üfiq Bədəlov və Ümid Adıgözəlov həlak olublar. Məlumata görə, hər ikisinin 23 yaşı var idi.

 

Hadisənin gəlin aparmaq üçün yola çıxan toy karvanının avtomobillərinin bir-biri ilə yarışması nəticəsində baş verdiyi bildirilir.

 

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır