Modern.az

"iPhone 18" nə vaxt satışa çıxır?

"iPhone 18" nə vaxt satışa çıxır?

29 Yanvar 2026, 03:17

"Apple" "iPhone" modellərinin təqdimat qrafikində dəyişiklik etməyi planlaşdırır. 

Modern.az xəbər verir ki, "iPhone 18"in əsas modeli yalnız 2027-ci ilin birinci rübündə satışa çıxacaq.

Şirkət 2026-cı ilin sentyabrında isə yalnız "iPhone 18 Pro" və ilk qatlanan modeli olan "iPhone Fold"u təqdim edəcək. Hər iki model premium seqment üçün nəzərdə tutulacaq.

İddialara əsasən, "Apple" bundan sonra əsas modelləri yaz aylarında, flaqman modelləri isə payızda təqdim etməyi düşünür. Belə ki, 2027-ci ilin fevral–mart aylarında "iPhone 18", "iPhone Air 2" və mümkün "iPhone 18e" təqdim edilə bilər. Daha sonra isə "Apple" 19 rəqəmini buraxaraq, ilk "iPhone"un 20 illiyinə həsr olunmuş "iPhone XX" modelini elan etməyi planlaşdırır. 

Whatsapp
Bizə yazın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı