Avropa İttifaqı (Aİ) bu il fevralın 24-də Rusiyaya qarşı daha bir sanksiya paketi qəbul etməyi planlaşdırır və onun məzmunu ilə bağlı müzakirələr hələ də davam edir.
Modern.az xəbər verir ki, bu barədə Aİ-nin baş diplomatı Kaja Kallas bildirib.
"20-ci sanksiya paketi ilə bağlı biz onu fevralın 24-də qəbul etməyi gözləyirik. Bu prosesin bir hissəsi olaraq ölkələr müxtəlif təkliflər irəli sürürlər", - o qeyd edib.
Kallas vurğulayıb ki, sanksiyalar üzərində iş davam edir və məhdudlaşdırıcı tədbirlər paketi hələ razılaşdırılmayıb.