Modern.az

Dubayda qızıldan küçə salınacaq

Dubayda qızıldan küçə salınacaq

Dünya

30 Yanvar 2026, 07:54

Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində qızıldan küçə salınması planlaşdırılır.

Modern.az xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.

Bildirilir, küçənin inşasında qızıldan istifadə olunacaq. Lakin bunun konkret olaraq hansı formada həyata keçiriləcəyi hələlik tam açıqlanmayıb. Qızıl küçə Dubayda fəaliyyət göstərən məşhur Qızıl Bazarının yenidən brendləşdirilməsi çərçivəsində yaradılan "Dubai Gold District" layihəsinin bir hissəsi olacaq.

Sözügedən ərazi Dubayın Deyra rayonunda yerləşir və burada qızıl və zinət əşyaları satışı ilə məşğul olan təxminən minə yaxın ticarətçi fəaliyyət göstərir. Qızıl küçənin açılış tarixi hələ elan olunmayıb.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır