Modern.az

Ərdoğan Pezeşkianla İranı müzakirə etdi

Ərdoğan Pezeşkianla İranı müzakirə etdi

Dünya

30 Yanvar 2026, 13:48

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb.

Modern.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin açıqlamasına görə, liderlər Türkiyə ilə İran arasında ikitərəfli münasibətləri, eləcə də bölgədə artan hərbi gərginliyi müzakirə ediblər.

Prezident Ərdoğan Türkiyənin İranla ABŞ arasında gərginliyi azaltmaq və problemləri həll etmək üçün vasitəçilik rolunu oynamağa hazır olduğunu vurğulayıb.

Ərdoğan həmçinin bildirib ki, hazırda Türkiyədə olan İran xarici işlər nazirini bu gün qəbul edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyənin hədələnməsinə Bakıdan sərt cavab: Başınız üçün deyil!