Modern.az

Ermənistandakı çoxuşaqlı ailənin neçə övladı var...

Ermənistandakı çoxuşaqlı ailənin neçə övladı var...

Dünya

30 Yanvar 2026, 14:20

Yanvarın 29-da Ermənistanın Vardenis icmasının Şatvan qəsəbəsinin sakinləri Qayane Ovannisyan və Avetis Avetisyan cütlüyünün 10-cu övladı dünyaya gəlib.

Modern.az xəbər verir ki, Ermənistan KİV-i adı çəkilən cütlüyü hazırda ölkənin ən çoxuşaqlı ailəsi kimi təqdim edib.

Körpə Səhiyyə Nazirliyinin Vardenis Tibb Mərkəzində dünyaya gəlib. Onun çəkisi 3530 qram, boyu isə 51 sm olub.

Yeni doğulmuş körpə qızdır, onun 4 qardaşı və 5 bacısı da var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır