Türkiyə ABŞ-ın İsrailin təxribatlarına uymayacağına və İrana zərbə endirməyəcəyinə ümid edir.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Araqçi ilə birgə mətbuat konfransında çıxışı zamanı bildirib.
“Biz İsrailin ABŞ-ı İrana zərbə endirməyə razı salmağa çalışdığını müşahidə edirik. İsrailin bu cəhdləri regionumuzda onsuz da həssas olan vəziyyətə ciddi zərər vərmə potensialına malikdir. Ümid edirik ki, ABŞ rəhbərliyi ağıllı və məsuliyyətli davranacaq və buna yol verməyəcək”,- Hakan Fidan deyib.