Modern.az

Trampdan İrana növbəti xəbərdarlıq

Trampdan İrana növbəti xəbərdarlıq

Dünya

30 Yanvar 2026, 22:15

ABŞ Prezidenti Donald Trump İrana doğru Venesuela böhranı zamanı göndəriləndən daha böyük hərbi qüvvənin istiqamətləndirildiyini açıqlayıb.

Modern.az-ın məlumatına görə, Ağ Evdə jurnalistlərə danışan Tramp bildirib ki, hazırda İrana doğru “böyük bir armada, flotiliya” hərəkət edir və bu qüvvələrin miqyası ABŞ-ın əvvəllər Venesuela ilə bağlı atdığı addımlardan daha genişdir.

Onun sözlərinə görə, Vaşinqton üçün əsas məqsəd razılaşmanın əldə olunmasıdır, lakin bu baş verməzsə, hadisələrin inkişafı başqa cür ola bilər.

Prezident qeyd edib ki, əgər tərəflər arasında razılaşma əldə olunarsa, bu, müsbət nəticə sayılacaq. Əks halda isə vəziyyətin necə inkişaf edəcəyi zamanla bəlli olacaq.

Jurnalistlərin ABŞ-ın İrana qarşı mümkün addımlarla bağlı konkret vaxt çərçivəsi müəyyən edib-etmədiyi sualına Tramp qeyri-müəyyən cavab verib. O bildirib ki, belə bir vaxt limiti varsa belə, bunu yalnız iranlılar bilə bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır