Modern.az

Bu ölkədə fövqəladə vəziyyət elan edildi

Bu ölkədə fövqəladə vəziyyət elan edildi

Dünya

31 Yanvar 2026, 02:09

Kubada fövqəladə vəziyyət elan edilib.

Modern.az xəbər verir ki, bu barədə Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilla bildirib.

Buna səbəb ABŞ-ın Kuba ilə bağlı mövqeyi olub. Kuba hakimiyyəti ABŞ-nin son açıqlamalarını fövqəladə təhlükə kimi xarakterizə edib.

Rodriges Parrilla qeyd edib ki, Vaşinqtonun təhdidi "tamamilə və ya əsasən ABŞ-ın Kuba əleyhinə olan neofaşist sağ qanadından" gəlir və "bütün ölkələrin milli təhlükəsizliyinə və xarici siyasətinə, eləcə də beynəlxalq sülhə" qarşı yönəlib.

Qeyd edək ki, cümə axşamı günü ABŞ Kubanın milli təhlükəsizliyə yaratdığı "təhdid" səbəbindən fövqəladə vəziyyət elan edib. ABŞ prezidenti Donald Trampın sözlərinə görə, Kuba rejimi Rusiya, Çin və İran da daxil olmaqla "çoxsaylı düşmən ölkələrlə", eləcə də "ABŞ-a düşmən olan transmilli terrorçu qruplar və pis niyyətli aktyorlarla" əməkdaşlıq edir.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır