Modern.az

Putin Laricani ilə İranı müzakirə edib

Putin Laricani ilə İranı müzakirə edib

Dünya

31 Yanvar 2026, 08:30

Rusiya Prezidenti Vladimir Putin Moskvada İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə görüşüb.

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilib.

İranın Rusiyadakı səfiri Kazem Cəlalinin sözlərinə görə, Laricaninin Rusiya Prezidenti Vladimir Putinlə söhbətinin əsas mövzuları ikitərəfli əməkdaşlığın gücləndirilməsi və Yaxın Şərqdəki vəziyyət olub.

İRİB xəbər agentliyi səfirin sözlərinə istinadən bildirib ki, "Danışıqların əsas diqqət mərkəzində iki ölkə arasında iqtisadi əməkdaşlıq da daxil olmaqla, ikitərəfli münasibətlərin genişləndirilməsi olub. Eyni zamanda, tərəflər aktual regional və beynəlxalq məsələləri müzakirə ediblər".

Daha əvvəl, 16 yanvarda Rusiya lideri İran Prezidenti Məsud Pezeşkianla telefonla İrandakı vəziyyəti müzakirə edib. Söhbət zamanı tərəflər respublikadakı gərginliyin tez bir zamanda azaldılmasında və bütün əlaqəli problemlərin yalnız siyasi və diplomatik yollarla həll edilməsində qarşılıqlı maraqlarını vurğulayıblar.

İranda iqtisadi narazılıqdan qaynaqlanan etirazlar ötən ilin dekabrın sonlarında başlayıb. İğtişaşlar zamanı hakimiyyət internet və mobil telefon xidmətini məhdudlaşdırıb. Yanvarın 16-da Reuters agentliyi insan haqları fəallarına və yerli sakinlərə istinadən İran hakimiyyətinin iğtişaşları qəddarlıqla yatırdığını bildirib.

Etirazlar başlayandan bəri ABŞ prezidenti Donald Tramp dəfələrlə nümayişçiləri dəstəkləmək üçün Tehranı hərbi zərbələrlə hədələyib. Kreml Vaşinqton və Tehranı güc tətbiqindən imtina etməyə və danışıqlara diqqət yetirməyə çağırıb.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır