Modern.az

Antalyada sərnişin avtobusu aşdı - 8 ölü, 26 yaralı

Antalyada sərnişin avtobusu aşdı - 8 ölü, 26 yaralı

Dünya

1 Fevral 2026, 13:18

Türkiyənin Tekirdağ vilayətindən Antalyaya gedən sərnişin avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.

 

Modern.az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Antalya valisi Hulusi Şahin bildirib.

 

"İlkin məlumata görə, avtobus qəzasında səkkiz vətəndaşımız ölüb, 26 nəfər yaralanıb", - vali deyib.

 

Qəza bu gün səhər saat 10:30 radələrində Antalya-İsparta magistral yolunda baş verib. Belə ki, sərnişin avtobusu Antalyanın girişində əsas yoldan çıxaraq aşıb və xəndəyə düşüb.

 

Əlavə məlumat veriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır