2025-ci ildə Avropa İttifaqı (Aİ) ölkələrindən 3438 Gürcüstan vətəndaşı deportasiya edilib. Gürcüstan hökuməti readmisiya müqaviləsi çərçivəsindən onlardan 15-ni qəbul etməkdən imtina edib.
Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, deportasiya edilənlərdən 2042-si kişi, 521-i qadın və 871-i yetkinlik yaşına çatmayan şəxs olub.
Almaniya 1818 Gürcüstan vətəndaşını deportasiya etməklə siyahıda birinci yerdədir.
İkinci yerdə 543 nəfərlə Fransa, 3-cü yerdə isə 327 nəfərlə İrlandiya dayanır. Sonrakı yerləri 134 nəfərlə İsveçrə və 143 nəfərlə Yunanıstan tutur.