Modern.az

Fevralda vətəndaşlara səyyar xidmət göstəriləcək ÜNVANLAR

Fevralda vətəndaşlara səyyar xidmət göstəriləcək ÜNVANLAR

Aktual

3 Fevral 2026, 13:54

Səyyar ASAN xidmətin fevralda xidmət göstərəcəyi ünvanlar açıqlanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, fevralın 3-dən 25-dək Yevlaxda, Şirvanda, Xaçmazda, Cəlilabadda, Goranboyda, Ağdaşda və Xırdalanda, fevralın 3-dən 12-dək Göygöldə, fevralın 16-dan 25-dək isə Samuxda vətəndaşlara səyyar xidmət göstəriləcək.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir. Bu xidmət vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, dövlət xidmətlərinin daha geniş kütləyə sürətli və bərabər şəkildə çatdırılmasına imkan yaradır.

Səyyar ASAN xidmət avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00 - 14:00 arası isə nahar fasiləsidir.

Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 (daxili nömrə 3 yığaraq) Çağrı mərkəzinə müraciət edə bilərlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!