Modern.az

Sumqayıtda sahibkarın malını müsadirə edən məmura yeni vəzifə verildi

Sumqayıtda sahibkarın malını müsadirə edən məmura yeni vəzifə verildi

Ölkə

3 Fevral 2026, 14:56

Sumqayıt Şəhər İcra Hakimiyyətinin şəhər ərazisində qanunsuz küçə ticarətinə qarşı keçirilən reyd zamanı məşhurlaşan əməkdaşı Samir Bədəlovun vəzifəsi dəyişib.

Modern.az istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Zakir Fərəcov Əmr imzalayıb.

Belə ki, struktur dəyişikliyi nəticəsində icra hakimiyyətinin İstehsal və xidmət sahələri sektoru ləğv edilib. Buna görə də S.Bədəlov həmin sektordakı baş məsləhətçi vəzifəsini itirib.

Amma icra başçısı onu işsiz qoymayıb. Belə ki, başçının Əmrinə əsasən, S.Bədəlov ŞİH-də yeni yaradılan Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin Memarlıq-tikinti məsələləri sektorunun baş məsləhətçisi təyin edilib. (İqtisadiyyat.az)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV