Modern.az

Mirzoyan sülh gündəliyini Avropa rəsmisi ilə müzakirə etdi

Mirzoyan sülh gündəliyini Avropa rəsmisi ilə müzakirə etdi

Dünya

3 Fevral 2026, 20:45

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O`Flaherti ilə görüş keçirib.

Modern.az-ın məlumatına görə, görüş zamanı Ermənistan və Azərbaycan arasında sülh gündəliyi əsas müzakirə mövzularından biri olub. Ermənistan KİV-inə istinadən bildirilib ki, tərəflər Avropa Şurası çərçivəsində əməkdaşlığın əsas prioritetlərini, Bakı ilə İrəvan arasında sülhün uzunmüddətli möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri, həmçinin humanitar məsələləri nəzərdən keçiriblər.

A.Mirzoyan Ermənistanın genişmiqyaslı demokratik islahatlar proqramının icrasına sadiq qaldığını qeyd edib. Görüşdə eyni zamanda digər regional mövzular ətrafında da fikir mübadiləsi aparılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!