Modern.az

“Epşteyn sənədləri”: Tramp və Melaniya ilə bağlı yeni iddialar

“Epşteyn sənədləri”: Tramp və Melaniya ilə bağlı yeni iddialar

Dünya

3 Fevral 2026, 21:21

ABŞ Ədliyyə Departamentinin (DOJ) yanvarın 30-da açıqladığı “Epşteyn sənədləri”ndə Prezident Donald Tramp və Melaniya Trampla bağlı diqqətçəkən məqamlar yer alıb.

Modern.az xəbər verir ki, məxfilikdən çıxarılan 3,5 milyon səhifəlik arxivdə Ceffri Epşteynin keçmiş köməkçisinin 2019-cu ildə Federal Təhqiqat Bürosuna (FTB) verdiyi ifadə xüsusilə diqqət çəkir.

Şəxsiyyəti açıqlanmayan köməkçi iddia edib ki, Melaniya Tramp Donald Trampla məhz Ceffri Epşteyn vasitəsilə tanış olub.

Qeyd edək ki, 2025-ci ilin avqustunda M. Trampın vəkilləri bu iddiaları ictimaiyyətə açıqlayan sabiq ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Baydenə rəsmi xəbərdarlıq göndəriblər. Vəkillər iddiaları böhtan adlandıraraq, 1 milyard dollar məbləğində təzminat tələbi ilə məhkəməyə müraciət edilə biləcəyini bildiriblər. Hanter Bayden isə açıqlamalarının mediada yayımlanan rəsmi sənədlərə əsaslandığını deyərək üzr istəməkdən imtina edib.

Məlumat üçün bildirək ki, yeni açıqlanan sənədlər 1990-cı illərdə Donald Trampın Epşteynin şəxsi təyyarəsində əvvəl hesab ediləndən daha çox uçuş etdiyini təsdiqləyir. Uçuşların bəzilərində Trampın ailə üzvlərinin də iştirak etdiyi qeyd olunur. Sənədlərdə həmçinin İlon Mask və Bill Qeyts kimi tanınmış şəxslərin Epşteynlə yazışmalarına dair məlumatlar da yer alıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!