Ermənistanda 100 yaşı tamam olan vətəndaşlara birdəfəlik ödəniş veriləcək.
Modern.az xəbər verir ki, birdəfəlik ödənişin məbləği 2500 dollar (1 milyon dram-red) olaraq müəyyən edilib.
Qeyd edilir ki, hazırda Ermənistan ərazisində yaşı 100-ə çatmış 71 nəfər vətəndaş yaşayır.
Ermənistan mediası yazır ki, şəxs pensiya almaq hüququnu itirdiyi halda ona bu birdəfəlik ödəniş verilməyəcək. Həmçinin, ölüm halında sözügedən vəsait ödənilməyəcək. Eyni zamanda, İrəvan Ağsaqqallar Şurasının qərarı ilə bu cür maddi dəstəyi artıq almış şəxslər də birdəfəlik ödənişdən yararlana bilməyəcəklər.