İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin İrana qarşı “çox ağır” zərbə endirməyə hazır olduğunu bəyan edib.
Modern.az xəbər verir ki, bu barədə İsrailin "Channel 12" telekanalı Xarici Əlaqələr və Müdafiə Komitəsinin iclasında iştirak edən mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, iclas zamanı Netanyahu İsrailin İrana qarşı sərt hərbi addım atmaq imkanlarını təsdiqləyib. O, eyni zamanda ABŞ prezidenti Donald Trumpın İranla bağlı yekun qərarı barədə məlumatının olmadığını bildirib.
Bununla yanaşı, İsrailin baş naziri Təl-Əvivlə Vaşinqton arasında əlaqə və koordinasiyanın davam etdiyini, iki ölkə arasında təmasların sıx və fasiləsiz xarakter daşıdığını vurğulayıb.