ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli istiqamətində tərəflərin demək olar ki, razılığa gəldiyini iddia edib.
Modern.az-ın “Kommersant” nəşrinə istinadən verdiyi məlumata görə, Tramp bu fikirləri Vaşinqtonda çıxışı zamanı səsləndirib. O bildirib ki, müharibənin dayandırılması üçün intensiv danışıqlar aparılır.
ABŞ prezidenti vurğulayıb ki, sülhə nail olmağın əsas yolu gücdən keçir:
“Bu müharibəni bitirmək üçün ciddi şəkildə çalışırıq və demək olar ki, məqsədimizə çatmışıq. Güc olmadan sülhü təmin etmək çox çətindir. Bizim isə bu gücümüz var”, – deyə Tramp qeyd edib.