Yaxın gələcəkdə Kiyev, Moskva və Vaşinqton arasında danışıqların ABŞ-də davam etdirilməsi mümkündür.
Modern.az-ın xəbərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə “Telegram” kanalında paylaşım edib.
Zelenski bildirib ki, Birləşmiş Ərəb Əmirliklərində Amerika və Rusiya tərəfləri ilə iki gün davam edən görüş və müzakirələrdən sonra danışıqlar qrupundan hesabat alıb. Onun sözlərinə görə, qrup üzvlərinin ətraflı şəxsi hesabat təqdim etmək üçün Kiyevə gəlməsi gözlənilir, çünki bir çox məsələlərin telefon vasitəsilə müzakirəsi mümkün deyil.
“Artıq demək olar ki, yaxın gələcəkdə, böyük ehtimalla ABŞ-də əlavə görüşlərin keçirilməsi planlaşdırılır”, – deyə Ukrayna lideri qeyd edib.
Zelenskinin sözlərinə görə, Kiyev Rusiya–Ukrayna müharibəsinə effektiv şəkildə son qoya və etibarlı, uzunmüddətli sülhün bərqərar olmasına gətirib çıxara biləcək istənilən danışıqlar formatına hazırdır.
“O vacibdir ki, bu müharibə Rusiyanın təcavüzünü davam etdirməsi üçün heç bir stimul saxlamayacaq şəkildə başa çatsın”, – deyə o fikrini yekunlaşdırıb.